Baş Konsulluq tərəfindən Pskov vilayətində keçirilmiş səyyar konsul qəbulu.
Cari ilin 26 iyun tarixində Rusiya Federasiyasının Pskov vilayətində Baş konsulluq tərəfindən növbəti səyyar konsul qəbulu keçirilmişdir.
Pskov şəhərində təşkil olunmuş səyyar konsul qəbulu zamanı bu şəhərdə və vilayətin digər şəhər/rayonlarında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi, qayıdış şəhadətnaməsinin verilməsi və arayışların sorğu əsasında alınması ilə bağlı sualları cavablandırılmış, bir sıra konsulluq xidmətləri üzrə müraciətləri qəbul edilmiş, Baş konsulluq tərəfindən vətəndaşlara konsulluq xidmətlərinin göstərilməsi üzrə tətbiq olunan yeniliklər barədə məlumat verilmişdir.