Sankt-Peterburq Tibbi-Sosial İnstitutunda təhsil alan azərbaycanlı tələbələr ilə Baş konsulluqda keçirilmiş görüşə dair
11 dekabr 2024-cü il tarixində Sankt-Peterburq Tibbi-Sosial İnstitutunda təhsil alan azərbaycanlı tələbələr ilə Baş konsulluqda görüş keçirildi.
Görüş zamanı tələbələrlə maarifləndirici söhbət aparıldı, gələcəkdə Sankt-Peterburq şəhərində keçiriləcək hər hansı mədəniyyət tədbiri çərçivəsində Baş konsulluğun onlara dəstəyi ifadə edildi və cari ilin noyabr ayında Sankt-Peterburq Tibbi-Sosial İnstitutunda keçirilmiş “Bir səma altında” festivalı çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğini layiqincə yerinə yetirdiklərinə görə sözügedən tələbələr Baş konsulluq tərəfindən təşəkkürnamə ilə təltif olundu.