news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 aprel 2026

Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin Sankt-Peterburq şəhərində keçirilmiş xatirə gecəsi

Cari ilin 14 aprel tarixində Sankt-Peterburq hökumətinin Mədəniyyət komitəsinin nəzdində fəaliyyət göstərən “Oktyabrski” sarayında Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş «Памяти Великого Муслима Магомаева» («Dahi Müslüm Maqomayevin xatirəsinə») konserti keçirilmişdir.

 

Xatirə gecəsinin konsert proqramında Sankt-Peterburq estrada-simfonik orkestrinin müşayiəti ilə Rusiyanın incəsənət nümayəndələri tərəfindən M.Maqomayevin tanınmış mahnıları («Синяя вечность», «Элегия», «Свадьба», «Белла чао» və.s.) ifa olunmuş, eləcə də dahi sənətkarın həyat və yaradıcılığından fraqmentlər nümayiş etdirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti