news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 aprel 2025

Azərbaycanın görkəmli opera müğənnisi Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Памяти Великого Муслима Магомаева” konsertinə dair

Cari ilin 6 aprel tarixində Sankt-Peterburq hökumətinin Mədəniyyət komitəsinin nəzdində fəaliyyət göstərən “Октябрьский” sarayında Azərbaycanın görkəmli opera müğənnisi Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Памяти Великого Муслима Магомаева” konserti keçirilmişdir.

Konsert proqramında Sankt-Peterburq estrada-simfonik orkestrinin müşayiəti ilə Rusiya Federasiyasının incəsənət nümayəndələri tərəfindən M.Maqomayevin tanınmış mahnıları (“Синяя вечность”, “Элегия” və.s.) ifa olunmuş, eləcə də dahi sənətkarın həyat və yaradıcılığından fraqmentlər nümayiş etdirilmişdir.

Həmçinin tədbir çərçivəsində tanınmış rus yazıçısı Sofya Benuanın müəllifi olduğu Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş “Муслим Магомаев – Преданный Орфей” kitabının təqdimatı keçirilmişdir.

Tədbir zamanı Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadənin “Октябрьский” sarayının direktoru, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi Emma Lavrinoviç ilə tanışlıq görüşü baş tutmuşdur. Görüş zamanı konsertin təşkilinə, Azərbaycanın görkəmli sənətkarı M.Maqomayevin yaradıcılığına göstərilən diqqətə görə Baş konsulluq adından minnətdarlıq ifadə olunmuş, gələcəkdə birgə mədəni proqramlarının təşkili və ya ölkəmizə həsr olunmuş mədəniyyət günlərinin keçirilməsi perspektivləri müzakirə edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti