news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 aprel 2025

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək məqsədilə 16 aprel 2025-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri həyata keçirilmişdir.

“Pulkovo” beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılamışdır.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti