Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanov ilə Baş konsulluqda keçirilmiş nəzakət görüşü
MDB Parlamentlərarası Assambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında iştirak məqsədilə 5-7 mart 2025-ci il tarixlərində Sankt-Peterburq şəhərinə səfər edən Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanov və MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikasının Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov ilə 6 mart 2025-ci il tarixində Baş konsulluqda nəzakət görüşü keçirilmişdir.
Görüşdə MDB PA İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclası zamanı müzakirə olunan model qanun layihələri, AR Milli Məclisi ilə MDB PA arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və gələcəkdə nəzərdə tutulan qarşılıqlı səfərlər barədə fikir mübadiləsi aparılmışdır.