Azərbaycan Respublikasının əməkdar artisti, opera müğənnisi Elnarə Məmmədovanın iştirakı ilə keçirilmiş konsertə dair
Azərbaycan Respublikasının əməkdar artisti, “Helikon-opera” Moskva Musiqili Teatrının solisti, opera müğənnisi Elnarə Məmmədovanın iştirakı ilə 7 mart 2025-ci il tarixində Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında konsert tədbiri keçirilmişdir.
Konsert proqramında dirijor Vyaçeslav Valeevin rəhbərliyi və solist-skripkaçı Aleksandr Şustinin müşayiəti ilə akademik simfonik orkestri tərəfindən Cuzeppe Verdi, Cakomo Puccini, Yohann Ştraus və digər məşhur bəstəkarların əsərləri səsləndirilmişdir.