news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 fevral 2026

Azərbaycan Respublikasının əməkdar artisti Elnarə Məmmədovanın D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında keçirilmiş konsert proqramı

16 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının əməkdar artisti, “Helikon-opera” Moskva Dövlət Musiqili Teatrının solisti, opera müğənnisi, soprano Elnarə Məmmədovanın Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında konsert tədbiri keçirilmişdir.

Tədbirdə qonaq qismində Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının solistləri - Azərbaycan Respublikasının əməkdar artisti Regina Rüstəmova, tenor Həmid Abdulov və bariton Dmitri Podrajanets çıxış etmişdir.

Konsertmeyster Yelena Samarinanın fortepianoda müşayiəti ilə konsert proqramında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Cuzeppe Verdi, Volfqanq Motsart, Cakomo Puccini, Yohann Ştraus və digər məşhur bəstəkarların əsərləri səsləndirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti