news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 aprel 2025

Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin rəhbərliyi ilə keçirilmiş konsertə dair

Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin rəhbərliyi ilə akademik simfonik orkestrin konserti keçirilib.

 

İki hissədən ibarət konsertin proqramına Pyotr Çaykovski və Yan Sibeliusun əsərləri ilə yanaşı, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər də daxil edilib.

 

Sankt-Peterburq Akademik Filarmoniyasının simfonik orkestrini Andrey Korobeynikov (fortepiano) və Mixail Krutik (skripka) müşayiət ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti