2022-01-27

Leninqradın blokadadan tam azad olunmasının 78-ci ildönümü münasibətilə mərasim keçirilib

27 yanvar tarixində Sankt-Peterburq şəhərindəki Piskaryov Memorial məzarlığında hökumətin təşkilatçılığı ilə Böyük Vətən müharibəsində Leninqradın blokadadan tam azad olunmasının 78-ci ildönümü münasibətilə mərasim keçirilib.

Mərasimdə Baş konsul Sultan Qasımov və konsulluğun əməkdaşları, Sankt-Peterburq hökumətinin nümayəndələri, Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbərliyi və digər rəsmi şəxslər, xarici ölkələrin bu şəhərdəki baş konsulluqlarının rəhbərləri, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Leninqradın 1941-ci il sentyabrın 8-dən başlanmış blokadası 900 gün davam edib və 1944-cü il yanvarın 27-də şəhər blokadadan tamamilə azad olunub.

Baş konsul Sultan Qasımov blokada zamanı və Leninqrad uğrunda döyüşlərdə həlak olanların xatirəsini ehtiramla yad edib. Diplomat Piskaryov Memorial məzarlığındakı “Ana Vətən” abidəsi qarşısına Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu adından gül çələngi qoyub.

Arxiv üzrə axtarış