26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar azərbaycanlı zabitlər ilə keçirilmiş görüş
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərindəki ali hərbi təhsil müəssisələrini (hərbi tibb, rabitə, artilleriya, aviasiya, maddi-texniki təminat) fərqlənmə ilə bitirən azərbaycanlı zabitlər ilə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Baş konsul vəzifəsini icra edən Anar Yusifzadə qarşıdan gələn 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təhsildə fərqlənən hərbi qulluqçuları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və Baş Konsulluq adından xatirə hədiyyələri təqdim olunmuşdur.