news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 may 2025

1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80-ci ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərə dair

1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80-ci ildönümü ilə əlaqədar Sankt-Peterburq hökumətinin təşkilatçılığı ilə cari ilin 8 may tarixində diplomatik korpusun rəhbərləri Piskaryov memorial məzarlığında keçirilmiş tədbirdə iştirak etmiş və “Ana Vətən” abidəsinə əklillər qoymuşdur.

 

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu v.i.e Anar Yusifzadə və Baş konsulluğun əməkdaşları Piskaryov memorial məzarlığındakı Xatirə Xiyabanında 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi və Leninqradın blokadadan azad olunması zamanı döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycanın oğul və qızlarının memorial lövhəsini ziyarət etmiş və önünə gül dəstələri düzmüşdür.

 

Həmçinin Sankt-Peterburq hökumətinin dəvəti əsasında diplomatik korpusun rəhbərlərinin iştirakı ilə 9 may 2025-ci il tarixində şəhərin mərkəzi meydanında 9 May – faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilmişdir.

 

Tədbirlərdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Sankt-Peterburq hökumətinin və Qanunvericilik Məclisinin, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, MDB Parlamentlərarası Assambleyasının rəsmiləri, dini konfessiyaların rəhbərləri, müharibə veteranları, şəhər sakinləri və mətbuat nümayəndələri iştirak etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti