news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 aprel 2025

1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 80-ci ildönümü ilə əlaqədar Leninqrad vilayətinin Administrasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirlərə dair

1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 80-ci ildönümü ilə əlaqədar Leninqrad vilayətinin Administrasiyasının təşkilatçılığı ilə 25 aprel 2025-ci il tarixində Sankt-Peterburq şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri Leninqrad vilayətinin Kirovsk rayonunda «Невский пятачок» və «Синявинские высоты» memorial komplekslərində keçirilmiş tədbirlərdə iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu v.i.e Anar Yusifzadə və Baş konsulluğun əməkdaşları 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Leninqradın müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş Azərbaycanın oğul və qızlarının xatirəsinə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin dəstəyi ilə 2010-cu ildə quraşdırılmış memorial abidələri ziyarət etmiş və önünə gül dəstələri düzmüşdür.

 

Tədbirdə Leninqrad vilayətinin vitse-qubernatoru Anna Danilyuk, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Svetlana Jurova, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədri Oleq Konovalov, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin və Kirovsk rayonu Administrasiyasının rəsmiləri iştirak etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti