2020-03-16
Sankt-Peterburqda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər,

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasında yayılması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

  • Rusiya Federasiyasının dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi;
  • Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplandıqları ərazilərdən çəkinilməsi;
  • Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçilməsi;
  • Bu məqsədlə Baş konsulluq tərəfindən müəyyən edilmiş “qaynar xətt”lə

(+7 921 337 90 99, +7 931 005 32 39) əlaqə saxlanılması.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyata alınmaları üçün müraciət etmələri tövsiyə olunur.

stpetersburg@mission.mfa.gov.az

rufatmfa414@gmail.com

 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi