2020-05-10

Sankt-Peterburq şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.

Mayın 10-da Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və konsulluğun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Qoroxovaya küçəsi 6 ünvanında, görkəmli siyasi və ictimai xadimin şərəfinə qoyulmuş xatirə lövhəsinin qarşısına toplaşmışdılar. 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin ali məktəbi o dövrdə bu binada yerləşirdi.

Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 97-ci ildönümü günündə mərasimə toplaşanlar Heydər Əliyevin barelyefi önünə tər güllər düzüblər.

 

Arxiv üzrə axtarış