news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 iyun 2026

“Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının Sankt-Peterburq şəhərində keçirilmiş hesabat konserti

Azərbaycan milli rəqs sənətini və xoreoqrafiya incəsənətini Rusiya Federasiyasında təbliğ və təmsil edən “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının 20 iyun 2026-cı il tarixində Sankt-Peterburq şəhərində hesabat konserti keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Türkiyə Respublikasının baş konsulu Başar Başol, Azərbaycan icmasının üzvləri, mədəniyyət və incəsənət nümayəndələri, azərbaycanlı tələbələr iştirak etmişdir.

Konsert proqramı zamanı Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, milli rəqs sənətinin tanınmış nümayəndəsi Xanlar Bəşirovun iştirakı ilə “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının kollektivi tərəfindən “Naz eləmə”, “Şələqoy”, “Gənclik”, “Nəlbəki”, “Turacı” və digər zəngin milli rəqs əsərləri nümayiş etdirilmişdir.

Ansamblın yaradıcısı və bədii rəhbəri Nurlan Zərbəliyev rəhbərlik etdiyi kollektivin 2019-cu ildə təsis olunmasından keçən 7 il ərzində görülən işlərin nəticələri barədə tamaşaçılara məlumat vermişdir.

Həmçinin tədbirdə qonaq qismində iştirak edən Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun incəsənət kollektivi tərəfindən rus xalq rəqsləri ifa edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti