Sankt-Peterburq şəhərində keçirilmiş “Azərbaycan muğamı” konserti
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə 21 may 2025-ci il tarixində Sankt-Peterburq şəhərində təşkil olunmuş rəsmi qəbul çərçivəsində YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli“nə həsr olunmuş “Azərbaycan muğamı” konsert tədbiri keçirilib.
Azərbaycanın qeyri-mədəni irs nümunəsi olaraq YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğamın təbliği və geniş auditoriyada tanıdılması məqsədilə keçirilmiş konsert proqramında Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin incəsənət nümayəndələri Günay İmamverdiyeva, Altay Niftəliyev və Araz Ağaverdiyevin ifasında “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “İrəvanda xal qalmadı” xalq mahnıları, “Sizə salam gətirmişəm”, “Vətən gözəl”, “Şuşanın dağları”, “Azərbaycan oğluyam”, “Qarabağ”, “Yaşa, mənim xalqım” bəstəkar mahnıları və milli musiqimizin digər əvəzsiz nümunələri qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılandı.
Tədbir çərçivəsində Azərbaycan muğamının əsas elementləri olan və YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmiş milli musiqi alətlərinin, xalçalarının və xalça toxuculuğu sənətindən bəhs edən kitabların, milli geyimlərin və ölkəmizin zəngin musiqi mədəniyyətinə həsr olunmuş kitabların sərgisi keçirildi, qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edildi.