news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 may 2026

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri

Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə 20 may 2026-cı il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri həyata keçirilmişdir.

“Pulkovo” beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti