Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü münasibətilə “Komsomolskaya pravda Sankt-Peterburq” radiostansiyasında yayımlanmış xüsusi proqram
Azərbaycan klassik musiqisinin və milli operasının, müsəlman Şərqində opera sənətinin banisi, Azərbaycan Respublikasının dövlət himninin müəllifi, ictimai xadim, dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 141-ci ildönümü və 18 sentyabr – Milli Musiqi Günü münasibətilə “Komsomolskaya pravda Sankt-Peterburq” radiostansiyasının «Культурные люди» proqramında Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğun təşkilatçılığı ilə xüsusi veriliş yayımlanmışdır.
Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən proqramda Azərbaycanın görkəmli opera və estrada müğənniləri Rəşid Behbudov və Müslüm Maqomayevin ifalarında dahi bəstəkarın “Arşın mal alan” operettasından və “Sənsiz” romansından fraqmentlər, eləcə də “Arazbarı” əsəri və “Koroğlu” uvertürası səsləndirilmişdir.
Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev tərəfindən 1995-ci ildə imzalanmış müvafiq fərmana əsasən dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu 18 sentyabr tarixi hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.