Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova tərəfindən Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət
MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarova və parlament nümayəndə heyəti 20 may 2026-cı il tarixində Baş konsulluğa gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüş və Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişdir.
Ziyarət çərçivəsində Baş konsulluğun heyəti xanım Sahibə Qafarovaya təqdim olunmuş və diplomatik nümayəndəliyin xidməti fəaliyyəti barədə məlumat verilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarova tərəfindən Baş konsulluğun kitabxanasına “Heydər Əliyev və Azərbaycan Parlamenti” üç cilddən ibarət kitabı və xatirə hədiyyəsi təqdim olunmuşdur.