9 May - faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar Sankt-Peterburqda keçirilmiş tədbir
1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar Sankt-Peterburq hökumətinin təşkilatçılığı ilə 8 may 2026-cı il tarixində Piskaryov memorial məzarlığında tədbir keçirilmişdir.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Rusiya XİN-in nümayəndələri, dövlət və hökumət rəsmiləri, dini konfessiyaların rəhbərləri, müharibə veteranları, şəhər sakinləri və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri tərəfindən Piskaryov memorial məzarlığındakı “Ana Vətən” abidəsinin önünə əklillər qoyulmuşdur.
Baş konsulluğun əməkdaşları tərəfindən Piskaryov memorial məzarlığındakı Xatirə Xiyabanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsi və Leninqradın blokadadan azad olunması zamanı döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Azərbaycanın oğul və qızlarının xatirə lövhəsi ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür.