2023-03-09

“Zinger” Evində diplomatlar və müəllimlər Beynəlxalq Bahar bayramını qeyd ediblər

“Zinger” Evində beynəlxalq bahar bayramına həsr olunmuş “Dünya xəritəsində birlikdəyik” adlı gecə keçirilib. Tədbirdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, müəllimlər və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd olunan tədbirdə ölkəmizi Baş konsul Sultan Qasımov təmsil edib.

Qubernator şəhərin adından qadınları bahar bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Sankt-Peterburqun əfsanələrindən biri, blokada boyu müəllimə işləyən Nadejda Stroqanova tədbirə dəvət olunub. Məhz onun təşəbbüsü ilə şəhərdə blokada müəlliminə həsr olunmuş abidə ucaldılıb.

Arxiv üzrə axtarış