2022-01-26

Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməl daşı qoyulub

25 yanvar tarixində Sankt-Peterburqda, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib.

Abidə Sankt-Peterburqun Bəstəkarlar küçəsində Üzeyir Hacıbəyovun adını daşıyan bağda Heydər Əliyev Fondunun və Sankt-Peterburq hökumətinin dəstəyi ilə ucaldılacaq.

Təntənəli mərasimdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, səfir Polad Bülbüloğlu, baş konsul Sultan Qasımov, Sankt-Peterburqun vitse-qubernatoru Anatoli Poveliy, Sankt-Peterburq Qanunvericilik Məclisinin sədrinin müavini Marina Şişkina, Vıborq rayonu administrasiyası başçısının müavini Arina Artyomova, Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri Vaqif Məmişov və digər fəxri qonaqlar iştirak ediblər.

Təbrik sözlərindən sonra təməl daşının rəsmi açılışı olub, mərasim iştirakçıları təməl daşının önünə tər çiçəklər qoyublar.

Arxiv üzrə axtarış