Sankt-Peterburqun Qanunvericilik Orqanının sədri V.Makarov MDB PA-nın üzvləri və MDB ölkələrinin diplomatik korpusunun nümayəndələri ilə görüşüb.
2016-cı ilin 23 dekabr tarixində Sankt-Peterburqun Qanunvericilik Orqanının sədri Vyaçeslan Makarov Mariinskiy sarayında MDB Parlamentlərarası Assambleyasının üzvləri və MDB ölkələrinin Sankt-Peterburqda akkreditə olunmuş konsulluq rəhbərləri ilə görüşüb.
Tədbir 19 dekabr tarixində terror aktı nəticəsində Ankara şəhərində həlak olmuş Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyasının qəhrəmanı adı verilmiş Andrey Karlovun xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı.
Diplomatik korpus nümayəndələri terror aktını birmənalı olaraq qınadılar və hadisəni MDB diplomatiyasına vurulan zərbə adlandırdılar.
Sankt-Peterburqun Qanunvericilik Orqanının sədri Vyaçeslav Makarov çıxışında bütün MDB ölkələrinin rəhbərlərinə beynəlxalq terrorizmlə mübarizədə Rusiyanın Prezidenti Vladimir Putinin həyata keçirdiyi xarici siyasət kursuna göstərdikləri dəstəyə görə təşəkkür etdi. Beynəlxalq terrorizmlə mübarizədə birliyin vacib olduğunu vurğuladı. Qanunvericilik Orqanın sədri SSRİ-in süqutundan 25 il keçdiyini və hazırda Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının öz fəaliyyəti ilə konsolidasiya mərkəzi qismində mühüm rol oynadığını qeyd etdi.
Vyaçeslan Makarovun fikrincə MDB çərçivəsində şəhərlərarası mədəni və iqtisadi əlaqələrin inkişafı üçün parlamentlər səviyyəsində həyata keçirilən regional əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Regional səviyyədə əməkdaşlığın inkişafı sahəsindəki fəaliyyətlərinə görə Qanunvericilik Orqanının sədri konsulluq rəhbərlərinə və MDB PA-ın üzvlərinə təşəkkürünü bildirdi.
Tədbirin davamında çıxış edən MDB PA Şurasının Baş katibi Aleksey Sergeyev bildirdi ki, MDB PA ilə Qanunvericilik Orqan arasında imzalanmış Saziş aktual məzmun daşıyır. Cənab A.Sergeyev mart ayında MDB PA-ın 25 illiyinin qeyd olunacağını bildirərək iştirakçıları təşkilat tərəfindən keçiriləcək təntənəli iclasda və ATƏT-lə birlikdə terrorizmlə mübarizə mövzusunda təşkil olunacaq konfransda iştirak etməyə dəvət etdi.