26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Sankt-Peterburqda ali hərbi təhsil alan azərbaycanlı zabitlər ilə keçirilmiş görüş
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərindəki Hərbi Tibb Akademiyasını fərqlənmə ilə bitirən azərbaycanlı zabitlər ilə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda görüş keçirilmişdir.
Görüş zamanı Baş konsul vəzifəsini icra edən Anar Yusifzadə qarşıdan gələn 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təhsildə fərqlənən hərbi qulluqçuları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və Baş konsulluq adından xatirə hədiyyələri təqdim olunmuşdur.