2019-09-12
Аkademik Saxarov meydanında yeni tədris ilinin başlaması və Sankt-Peterburqun Dövlət Universitetinə qəbul olunan tələbələrə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.

Cari ilin 31 avqust tarixində akademik Saxarov meydanında yeni tədris ilinin başlaması və Sankt-Peterburqun Dövlət Universitetinə qəbul olunan tələbələrə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Sankt-Peterburqun qubernator vəzifəsini icra edən Aleksandr Beqlov, Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçyov, Baş konsul Sultan Qasımov, RF Hesablama Palatasının sədri Aleksey Kudrin və digər yüksək vəzifəli şəxslər çıxış etmişlər. Universitetin rektoru N.Kropaçyov Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevin, RF Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun və RF-in Səhiyyə naziri Veronika Skvortsovanın tələbələrə ünvanlanmış təbriklərini oxumuşdur.

Rəsmi hissədən sonra tələbələrin andiçmə mərasimi keçirilmiş və tələbələr ənənəvi olaraq kağızdan düzəldilmiş gəmilərə arzularını yazaraq Neva çayına buraxmışlar.

2019-cu ildə ali məktəbə daxil olanların orta balı 92,49 təşkil edərək, universitetin tarixinə düşmüşdür.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi