2019-09-11
Sankt-Peterburqunda Baş konsulluğunun dəstəyi və Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə “Музыка Мира и Добра” Etnomədəni Festivalı keçirilmişdir.

Cari ilin 29 avqust tarixində Sankt-Peterburqun ən böyük “Ледовый дворец” konsert zalında Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun dəstəyi və Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində “Музыка Мира и Добра” II Etnomədəni Festivalı keçirilmişdir.

Konsertdə Azərbaycan diasporunun və Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, Sankt-Peterburq hökumətinin rəsmiləri, burada orta və ali təhsil müəssisələrində oxuyan  azərbaycanlı və rus tələbələr, gənclər birliyi AMOR-un fəalları, Baş konsulluğun diplomatları və çox sayda seyrçi iştirak etmişdir.

Konsertinin rəsmi açılış hissəsində Baş konsul Sultan Qasımov, tədbirin təşkilatçısı, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri, Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişev və Sankt-Peterburq şəhərinin qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov çıxış etmişlər.

Sankt-Peterburqda Azərbaycan diasporunun rəhbəri tədbir iştirakçılarını salamlayaraq, Rusiyanın şimal paytaxtının çoxmillətli şəhər olduğunu, burda müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirmişdir. Fəxri qonaq qismində Sankt-Peterburq şəhərinin qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev, Sankt-Peterburqda akkreditə olunan Baş konsulluqların rəhbərləri, Sankt-Peterburq hökumətinin yüksək vəzifəli şəxsləri və Sankt-Peterburq televiziya kanallarının müxbirləri və digər KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə Rusiyanın məşhur “Qolos” televiziya müsabiqəsinin iştirakçısı, həmyerlimiz Azər Nəsibov, ölkəmizi Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev, “Natiq” ritm qrupu, eyni zamanda Azərbaycan və Rusiyanın digər sənətçiləri çıxış etmişlər.

Təşkil olunmuş tədbir 5000-dən artıq tamaşaçı toplamış, zəngin və maraqlı mədəni proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin təşkilatçılığı və Baş konsulluğun dəstəyi ilə təşkil edilmiş xeyriyyə konserti yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi