2018-12-12
Sankt-Peterburqun tanınmış ictimai xadimləri, yaradıcı ziyalıları və Azərbaycan diasporunun nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anıblar.

Böyük siyasi və dövlət xadimi Heydər Əliyevin xatirə lövhəsi qarşısına toplaşanlar Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ümummilli liderin həyat və fəaliyyətindən söhbət açıb. O bildirib ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur. Heydər Əliyevi Rusiyada yaxşı tanıyırlar. Rusiyalılar ölkə iqtisadiyyatının və mədəniyyətinin inkişafına onun töhfəsini xatırlayır və yüksək qiymətləndirirlər.

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov və başqaları çıxış edərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya miqyasında ölkənin nüfuzunun artmasında Ulu Öndərin rolundan danışıblar.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi