2018-05-11
Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Mayın 10-da Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Sankt-Peterburqda yaşayan azərbaycanlılar və Rusiyanın şimal paytaxtının ictimaiyyət nümayəndələri Qoroxovaya küçəsindəki 6 nömrəli evin yanında toplaşmışdı. Bu binada görkəmli siyasi xadim və dövlət xadimi, ulu öndər Heydər Əliyevin şərəfinə xatirə lövhəsi vurulub. 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbi bu binada yerləşirdi.

Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 95-ci ildönümü günündə buraya toplaşanlar Heydər Əliyevin barelyefi önünə tər çiçəklər düzüblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov mərasimdə çıxış edib. Baş konsul Azərbaycanın dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verərək vurğulayıb ki, böyük tarixi şəxsiyyət, müasir Azərbaycanın qurucusu Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və həmişə Azərbaycana sədaqətlə xidmət edib.

əvvəlki xəbər

Xarici İşlər Nazirliyi