2018-02-09
Yosef Haydnın “Kimsəsiz ada” əsərinin Sankt-Peterburqun tanınmış “Mariinskiy” teatrının səhnəsində premyerası baş tutmuşdur.

09.02.2018-ci il tarixində “Baku Simfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru Cavad Tağızadənin rəhbərliyi altında dünya şöhrətli avstriyalı bəstəkar Yosef Haydnın “Kimsəsiz ada” əsərinin Sankt-Peterburqun tanınmış “Mariinskiy” teatrının səhnəsində premyerası baş tutmuşdur.

Tədbir Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Baş konsulluğun təşkilati dəstəyi ilə keçirilmişdir. Beynəlxalq müsabiqələr laureatı, “Baku Simfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru Cavad Tağızadənin rəhbərliyi altında dünya şöhrətli avstriyalı bəstəkar Yosef Haydnın “Kimsəsiz ada” əsərinin Sankt-Peterburqun tanınmış “Mariinskiy” teatrının səhnəsində premyerası baş tutmuşdur. Əsas partiyaları “Mariinskiy” teatrının baş direktoru Larisa Gerqiyevanın rəhbərliyi altında teatrının solistləri Evelina Ağabalayeva, Anastasiya Donets, Dmitriy VoropayevYaroslav Petryanik ifa etmişdirlər.  Operanın quruluşçu rejissoru Rusiyanın Qnesinıx adına musiqi məktəbinin və Rusiyanın teatr sənəti İnstitutunun məzunu Aleksey Smirnov idi.                               

Sankt-Peterburqun “Mariinskiy” teatrının səhnəsində Azərbaycanlı rejissor Cavad Tağızadənin bədii quruluşu ilə keçirilmiş premyerada Heydər Əliyev Fondunun nümayəndələri Ülviyyə Qasımova, Fondun Rusiyadakı nümayəndəliyinin icraçı direktoru Tamilla Əhmədova, ölkəmizin Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə nümayəndəsi Nigar Axundova, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin idarə rəisi Svetlana Jurkina, “Mariinskiy” teatrının solisti, Rusiyanın əməkdar artisti Askar Abdrazakov Alyona Sobolevskaya, teatrın azərbaycanlı solisti, opera ifaçısı Regina Rüstəmova, Rusiyanın M.İ.Qlinka adına Xor məktəbinin və M.P.Musorqski adına musiqi məktəbinin məzunu, David Qoloşekinin jazz ansamblının üzvü istedadlı həmyerlimiz Həsən Bağırov, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik missiyaların, Baş konsulluğun diplomatları və diaspor nümayəndələrimiz iştirak ediblər. Konsertin sonunda teatr solistlərinə və bədii heyətə Baş konsulluq adından gül dəstələri hədiyyə edilib.                                                               

Konsertdən sonra Baş konsul Sultan Qasımovun təşəbbüsü ilə “Mariinskiy” teatrının rəhbərliyinə, bədii heyətə, solistlərə və təşkilatçılara Baş konsulluq adından  ziyafət verilib. Konsertdən sonra təşkil edilmiş tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov azərbaycanlı dirijor Cavad Tağızadənin bədii rəhbərliyi altında “Mariinskiy” teatrının səhnəsində dahi Yosef Haydnın əsərinin premyerasını böyük mədəni layihə adlandırıb. Diplomat bildirib ki, Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq dərin tarixi köklərə malikdir. O azərbaycanlı siyasət, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılıqlarının Rusiya və Sankt-Peterburqla bağlı olduğunu xatırladıb. Baş konsulluğun Hüseyn xan Naxçıvanskiy, Üzeyir Hacıbəyov kimi görkəmli xadimlərin adının Sankt-Peterburqda əbədiləşdirilməsi istiqamətində iş apardığını vurğulayıb. Baş konsul Sultan Qasımov Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi rolunun və əvəzolunmaz xidmətlərini qeyd edib. Moskva və Sankt-Peterburqda keçirilən genişmiqyaslı tədbirlərin məhz Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə baş tutduğunu vurğulayıb və tədbirdə iştirak edən Fond nümayəndələrinə dərin təşəkkürünü bildirib.             

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin icraçı direktoru Tamilla Əhmədova öz çıxışında Sankt-Peterburqun Mariinskiy teatrında azərbaycanlı dirijorun bədii rəhbərliyi altında dünya şöhrətli bəstəkar Yosef Haydnın operasının səhnələşdirilməsini əlamətdar hadisə olduğunu qeyd edib. Heydər Əliyev Fondunun nümayəndəsi Azərbaycanla Rusiya arasında mədəni əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində yeni layihələrin davam edəcəyinə diqqət yetirib.                                                                                     

Baş konsulluğun təşkil etdiyi ziyafətdə iştirak edən qonaqlar qarşısında Rusiyanın M.İ.Qlinki adına Xor məktəbinin və M.P.Musorqski adına musiqi məktəbinin məzunu, David Qoloşekinin jazz ansamblının üzvü istedadlı həmyerlimiz Həsən Bağırov çıxış edib.

 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi