2017-11-06
Sankt-Peterburqda Baş konsulluq tərəfindən ölkəmizə qarşı cəhd edilən təxribatın qarşısı alınmışdır.

06 noyabr 2017-ci il tarixində Sankt-Peterburqda mərkəzi magistral qovşaqlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat cəhdlərinin qarşısı alınmışdır. Belə ki, Vitebskiy prospekti istiqamətindəki yol zolağının üzərindəki kəsişmədə “Talışstana azadlıq” başlıqlı lövhə asılmışdır. Lozunqun bir başında Rusiya Federasiyasının dövlət bayrağı, ortada qondarma qurumun bayrağı, digər tərəfində isə İran İslam Respublikasının bayrağı əks olunmuşdur. Bu lövhə həmçinin Sankt-Peterburqun daxili dəmiryolu  stansiyasında da asılmışdır.                         

Təxribat məzmunlu lövhələr barədə xəbər alan Baş konsul Sultan Qasımov dərhal əks tədbirlər görərək, RF DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin rəhbərliyi, xüsusi ilə polis polkovniki Xlusov Nikolay Vasilyeviçlə əlaqə yaratmışdır. Aparılmış danışıqlar nəticəsində həmin lövhənin götürülməsi barədə razılıq əldə edilmişdir. Baş konsul bu növ təxribatların ikitərəfli münasibətlərə xələl gətirmək məqsədi ilə törədildiyini RF DİN-in rəhbərliyinə izah etmişdir.                        

Baş konsulun həyata keçirdiyi təcili tədbirlər nəticəsində “Talışstana azadlıq” başlıqlı lövhələr RF DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin məsul şəxsləri tərəfindən götürülmüşdür.                                          

Nəzərinizə çatdırırıq ki, 6 noyabr Rusiyada “Milli birlik günü” münasibəti ilə qeyri iş günüdür. Təxribatçı qüvvələr məhz  qeyri iş günlərində öz məkrli fikirlərini həyata keçirmək istəmişlər. Lakin Baş konsulun yerli hökumət və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə qurduğu əməkdaşlıq əlaqələri sayəsində bu təxribatın qarşısını almaq mümkün olmuşdur.   

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi