2017-05-30
Sankt-Peterburqda Baş konsulluğun təşkilatçılığı ilə 28 May – Respublika günü təntənəli şəkildə qeyd olunub.

Cari ilin 26 may tarixində Sankt-Peterburqun müasir incəsənət muzeyi “Erarta”da 28 May – Respublika gününün 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən təntənəli tədbir keçirilib.Tədbirdə Baş konsul Sultan Qasımov, Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti tərəfindən Azərbaycanla Sankt-Peterburq arasındakı Hökumətlərarası Komissiyasının həmsədri Elgiz Kaçayev, Leninqrad vilayəti hökuməti adından vitse-qubernator Sergey Perminov, MDB Parlament Assambleyasının baş katibinin müavini Aydın Cəfərov, həmçinin Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri, RF XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin diplomatları, Sankt-Peterburqda akkreditə olunmuş Türkiyə və İsrail dövlətinin Baş konsulları, digər Baş konsulluqların rəhbərləri və diplomatları, Sankt-Peterburqun ali təhsil mərkəzlərinin, Universitetlərin rektorları və professorları, Sankt-Peterburqun aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, “Komsomolskaya Pravda” Mediaholdinqinin baş direktoru Anna Upryamtseva-Alevtinskaya, “Rossiyskaya qazeta”nın baş redaktoru Anjelika Qurskaya, “Sankt-Peterburq” və “5 Kanal” televiziya kanallarının nümayəndələri, Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, tanınmış rusiyalı rəssam Mixayil Şemyakinin “Şemyakin Fondu”nun rəhbərliyi, Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişev və diaspor təşkilatlarımızın fəalları, Rusiya Yazıçılar ittifaqının üzvü, mədəniyyətşünaslıq elmləri doktoru, professor Yuriy Pompeyev, general-leytenant Aleksandr Volox, Rusiyalı Azərbaycan Gənclər Təşkilatı AMOR-un Sankt-Peterburq üzrə regional bölməsinin fəalları və Sankt-Peterburqda təhsil alan gənclərimiz iştirak ediblər.Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndi. Baş konsul Sultan Qasımov qonaqları ölkəmizin dövlət bayramı münasibətilə təbrik etdi. Baş konsul tədbir iştirakçılarına 28 May - Respublika günü bayramının tarixi mahiyyəti barədə danışdı. Azərbaycan xalqının öz müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə dönüşü ilə əbədiləşdirdiyini vurğuladı. Baş konsul bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik qabiliyyəti ilə Azərbaycan Respublikası müstəqil dövlət kimi beynəlxalq arenada tanındı. Diplomat bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətin və xalqın azadlığı və rifahını naminə uğurlu siyasət apardığını xüsusi ilə vurğuladı. Baş konsul qeyd etdi ki, ölkə başçısının düşünülmüş, balanslı xarici və daxili siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin müstəqil mövqeyə malik suveren üzvüdür. Bu gün Azərbaycan üzərində üç rəngli bayrağın dalğalanmasında Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin əməyi danılmazdır.Tədbirin davamında çıxış edən Sankt-Peterburq Hökumətinin üzvü, Azərbaycanla Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın həmsədri Elgiz Kaçayev Azərbaycan Hökuməti ilə RF-ın Sankt-Peterburq Hökuməti arasındakı əlaqələrin yüksək müstəvisi barədə danışdı. O bildirdi ki, Azərbaycanla  Rusiya arasındakı tarixi əlaqələr dostluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Azərbaycanla Rusiya bir çox sahədə, o cümlədən regionlararası səviyyədə uğurlu əməkdaşlıq edir. Sankt-Peterburq Hökumətinin üzvü Elgiz Kaçayev Sankt-Peterburqla Azərbaycan arasında iqtisadi və humanitar əlaqələrin möhkəmləndiyini və inkişaf etdiyini vurğulayıb. E.Kaçayev Azərbaycanla Sankt-Peterburq arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, turizmin inkişaf etdirilməsi, təhsil və səhiyyə, əmək miqrasiyasının tənzimlənməsi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinin yüksək olduğunu qeyd edib. Gələcəkdə səmərəli  əməkdaşlığın davam etdirilməsi, yeni hökumətlərarası layihələrin həyata keçirilməsi məqsədi ilə 2017-ci ilin aprel ayında Sankt-Peterburqda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın ilk iclası keçirildiyini və yekun protokolun imzalandığını bildirib. Sankt-Peterburq hökumətinin rəsmisi Azərbaycanla Sankt-Peterburq arasında səmərəli əməkdaşlığın inkişaf edəcəyinə, dostluq əlaqələrinin möhkəmlənəcəyindən əmin olduqlarını bildirdi.Tədbirin davamında Leninqrad vilayətinin vitse-qubernatoru Sergey Perminov Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko adından 28 May – Respublika günü münasibəti ilə ünvanlanmış təbrik məktubunu Baş konsul Sultan Qasımova təqdim etdi. Leninqrad vilayətinin vitse-qubernatoru Sergey Perminov Azərbaycan və Rusiya arasındakı tarixi dostluq münasibətlərinin əhəmiyyətini qeyd edərək, Leninqrad vilayəti Hökumətinin Azərbaycan Respublikası Hökuməti ilə əlaqələrinin möhkəmləndirilməsində və əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı, regional səviyyədə zəngin əməkdaşlıq potensialının mövcud olduğu qeyd etdi.  Tədbirin rəsmi hissəsindən sonra Sankt-Peterburqun məşhur “Mariinskiy” teatrının solisti, “Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyası” tələbəsi, həmyerlimiz Elnarə Məmmədova müxtəlif operalardan librettolar ifa etdi. Tədbirin davamında qonaqlara “Erarta” muzeyinin restoranında Baş konsuluq adından banket ziyafəti verildi. Respublika günü münasibəti ilə keçirilmiş tədbirin yekununda qonaqlara Baş konsulluq adından “Bakı” jurnalının son nömrələri, Azərbaycan məhsulu olan çay və şirniyyat bağlamaları hədiyyə edildi.

növbəti xəbər əvvəlki xəbər

 

 

 

Xarici İşlər Nazirliyi