2017-01-31
Cari ilin 31 yanvar tarixində MDB Parlamentlərarası Şurası Katibliyinin rəhbərləri Sankt-Peterburqda akkreditə olunmuş MDB üzv dövlətlərinin baş konsulları ilə görüş keçirmişdir.

Cari ilin 31 yanvar tarixində Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının qərargahında - möhtəşəm “Таврический” sarayında Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərinin baş konsulları ilə Parlamentlərarası Şurası Katibliyinin rəhbərləri arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, MDB Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi – Baş katibinin müavini Aydın Cəfərov və Baş konsulluğunun vitse-konsulu Elçin Məmmədov iştirak ediblər.

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev Sankt-Peterburq hökumətinin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə burada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri ilə  görüşün əhəmiyyətini qeyd etmişdir.

Aleksey Sergeyev bildirmişdir ki, yüksək vəzifəli həmkarların MDB Parlamentlərarası Katibliyinin fəaliyyətinə olan diqqət və tədbirlərdə iştirakı bu təşkilatın fəaliyyətinin səmərəliliyinin artmasını göstərir. O həmçinin bildirmişdir ki, MDB Parlamentlərarası Assambleyasında qurulan parlament əlaqələri sülhün və sabitliyin saxlanılması və humanitar əlaqələrin inkişafı üçün mühüm amildir.

Həmçinin, Aleksey Sergeyev keçiriləcək 27-28 mart yubiley tədbirləri, VII Nevskiy beynəlxalq ekologiya konqresi, həmçinin Parlamentlərarası ittifaqın 137-ci Assambleyası barədə məlumat vermişdir.

Görüşdə Baş konsul Sultan Qasımov çıxış edərək, həmçinin belə görüşlərin bizim ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi üçün vacib və effektiv olduğunu qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər

 

 

Xarici İşlər Nazirliyi