2016-10-03
Cari ilin 28-30 sentyabr tarixlərində Sankt-Peterburqda “Həyat təhlükəsizliyi naminə təhlükəsiz yollar” adlı beynəlxalq konqres keçirilib.

Konqres Rusiya Federasiyasının Sankt-Peterburq hökumətinin, MDB ölkələri Parlamentlərarası  Assambleyasının və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin  təşkilati dəstəyi ilə keçirilib. Tədbirdə ölkəmizi Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalov nazir müavini, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov təmsil ediblər. Konqresdə yol təhlükəsizliyi mövzusunda bir sıra mühüm məsələlər müzakirə edilib, iştirakçı dövlətlərin nümayəndələrinin çıxışları dinlənilib.         

Səfər çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavinləri Oruc Zalov və Ramiz Zeynalov, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və digər rəsmilər Ümummilli Lider Heydər Əliyevin Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi