2016-09-29
Sentyabrın 29-da Sankt-Peterburqda MDB ölkələri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edib.

MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında bir sıra mühüm qərarlar qəbul edilib, hərbi təyinatlı vahid geoinformasiya sisteminin inkişafı, MDB ölkələri silahlı qüvvələrinin birgə rabitə sisteminin təkmilləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, beynəlxalq terrorizmlə mübarizə və digər sahələrə dair fikir mübadiləsi aparılıb. Həmçinin cari ildə əməkdaşlığın yekunları və gələn il üçün tədbirlər planı nəzərdən keçirilib.

Səfər çərçivəsində general-polkovnik Nəcməddin Sadıkov və ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Ümummilli Lider Heydər Əliyevin Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi