2016-06-20
Baş konsul Sultan Qasımovun Rusiya Federasiyası XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalovla qeyri rəsmi görüşü barədə

Cari ilin 20 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sankt-Peterburqa işgüzar səfəri zamanı dövlət nümayəndələrini müşayiət edən Fövqəladə və Səlahiyyətli Səfir Polad Bülbüloğlu və Baş konsul Sultan Qasımov Konstantinovskiy sarayında Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalovla və Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryevlə görüşüblər.

Baş konsul Sultan Qasımov Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburq nümayəndəliyinin rəhbəri V.Zapevalov Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarova təqdim edib. Söhbət zamanı tərəflər Azərbaycan və Sankt-Peterburq hökumətləri arasında regional əməkdaşlığın inkişafı mövzusunu müzakirə ediblər. 

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi