2016-06-20
2016-cı ilin 20 iyun tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sankt-Peterburqda işgüzar səfərdə olub.

Sankt-Peterburqun Konstantinov sarayında Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.

Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda danışıqlar prosesinin davam etdirilməsi müzakirə olunub, prezidentlərin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edilib.

Azərbaycan, Ermənistan və  Rusiya prezidentlərinin Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatında münaqişənin həllində dinamik danışıqların aparılması xüsusi ilə vurğulanıb, məsələnin siyasi yollarla nizama salınması ilə bağlı addımların ön plana çıxarılması diqqətə çatdırılıb.

Prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanması üçün şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.  

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi