2016-05-21
Cari ilin 21 may tarixində Sankt-Peterburqun qubernatoru Georgiy Poltavçenko Polad Bülbüloğlu və Sultan Qasımov ilə görüşüb

Cari ilin 21 may tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş MDB Parlamentlərarası Assambleyası Şurasının plenar iclası çərçivəsində Sankt-Peterburqun qubernatoru Georgiy Poltavçenko Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov ilə görüşüb.

Görüş zamanı səfir Polad Bülbüloğlu Azərbaycanın Sankt-Peterburq şəhərində yeni təyin olunmuş baş konsulu Sultan Qasımovu qubernatora təqdim edib.

Görüşdə, həmçinin Azərbaycanla Sankt-Peterburq arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə olunub, turizm, mədəniyyət, humanitar, kənd təssərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Söhbət əsnasında Sankt-Peterburqda tikilməsi planlaşdırılan loqistika mərkəzinin verəcəyi töhfə önə çəkilib.

Bundan əlavə, 2016-cı ilin 16-18 iyun tarixlərində Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Peterburq Beynəlxalq İqtisadi Forumunda ölkəmizin nümayəndə heyətinin iştirakı, Azərbaycan Hökuməti ilə Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilmə tarixləri, mövcud olan müqavilələrə bir daha baxılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Baş konsulluğun işinin daha da canlandırılması və bunun üçün şəhər administrasiyası ilə daha yaxından əməkdaşlığın zəruriliyi qeyd olunub.

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi