Azərbaycan Respublikası vətəndaşliğindan çixma qaydalari

Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:

1. 4 ədəd 3x4 ölçüdə fotoşəkil;

2. yaşayış yerindən ailə tərkibi haqqında arayış;

3. dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;

4. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

5.şəxsiyyəti təsdiq edən sənədin surəti;

6. tərcümeyi-hal.

Ərizə-anket

 

 

bakushop

Xarici İşlər Nazirliyi