Konsulluq qeydi̇yyati

Rusiya Federasiyasının Kareliya Respublikası, Komi Respublikası, Arxanqelsk, Voloqodsk, Kalininqrad, Leninqrad, Murmansk, Novqorod və Pskov vilayətləri, Nenets muxtar dairəsi və ya Sankt-Peterburq şəhərində yaşayan və ya həmin bölgələrə səfər edən Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğunda qeydiyyatdan keçmələri tövsiyə olunur.

Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına götürülməsi Baş konsulluğa həmvətənlərimizlə xaricdə olduqları zaman əlaqə saxlamağa və fövqəladə hallarda konsulluq yardımı göstərməyə, onların Azərbaycan Respublikasının şəxsiyyəti təsdiqləyən müvafiq sənədlərin itdiyi və ya oğurlandığı hallarda onlara yardım etməyə və Azərbaycana geri qayıtmaları üçün onların şəxsiyyətinin müəyyən olunmasında yardım göstərəcəkdir. Bundan əlavə, Baş konsulluqda qeydiyyat vətəndaşlarla elektron poçt vasitəsilə müntəzəm əlaqə saxlamağa, Azərbaycan icması üçün təşkil olunan tədbirlər barəsində məlumatlandırmağa və Azərbaycanla bağlı yeniliklərdən xəbərdar olmağa imkan verir.

Xahiş olunur nəzərə alasınız ki, Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğunda qeydiyyatdan keçmə sizinlə razılaşdırılmadan və ya qanunla tələb olunmadığı halda, sizin üzərinizə heç bir halda hər hansı öhdəlik qoymayacaq, eləcə də bizim tərəfimizdən sizə qarşı hər hansı tədbir görməyə məcbur etməyəcəkdir.

Qeydiyyatdan necə keçməli

  • Qeydiyyat forması
  • Pasport (əsli)
  • Ünvanı təsdiq edən sənəd
  • Pasport ölçülü bir ədəd fotoşəkil
  • Siz poçt vasitəsilə və ya şəxsən Baş konsulluğa gəlməklə qeydiyyatdan keçə bilərsiniz.

Poçt vasitəsilə qeydiyyat

Müraciət edən şəxs sənədləri şəxsən təqdim edə bilmədikdə Baş konsulluğa ərizə sənədlərini poçt vasitəsilə qəbul edir.

Lakin, Baş konsulluq poçt vasitəsilə müraciət edən şəxslərə xüsusi poçt xidmətlərindən istifadə etməyi tövsiyə edir. Müraciət edən şəxslər pasportlar hazır olduqdan sonra pasportlarının geri qaytarılması məqsədilə, Baş konsulluğa üstündə ünvanları göstərilmiş ödənilmiş xüsusi zərf də təqdim etməlidirlər. Sənədlərin Baş konsulluq tərəfindən xüsusi poçt vasitəsilə sahiblərinə göndərilməsindən sonra Poçt İdarəsinin qəbzi bir ay müddətində Baş Konsulluqda saxlanılır.

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğu itirilmiş və yaxud oğurlanmış pasportlar üçün heç bir məsuliyyət daşımır. Bununla yanaşı, sənədlər itirildiyi təqdirdə Baş Konsulluq Poçt İdarəsinin qəbzi və detalları kimi sənədlərin təqdim olunması yolu ilə itirilmiş sənədlərin axtarışına yardım göstərə bilər.

bakushop

Xarici İşlər Nazirliyi